Ermənistan vətəndaşı Azərbaycanla sərhəddə minaya düşdü
9-10-2021, 22:28
Oktyabrın 9-da Ermənistanın Azərbaycanla sərhəd olan Tavuş bölgəsində mina partlayıb.
Redaktor.az "shamshyan.com"a istinadla xəbər verir ki, Çinari kəndi yaxınlığında mina partlaması nəticəsində Ermənistan vətəndaşı yaralanıb. Məlumata görə, xilasedicilər ona ilkin tibbi yardım göstəriblər, daha sonra hərbi xəstəxanaya aparıblar.
Yaralı şəxs Çinari kənd sakini 30 yaşlı Nver Makaryandır.