İranda 5 ballıq zəlzələ oldu - 400 ev dağıldı

9-10-2021, 22:34           
İranda 5 ballıq zəlzələ oldu - 400 ev dağıldı
Ötən gecə yerli vaxtla 02:46 radələrində İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əndika rayonunda 5 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 400 ev tamamilə dağılıb.

Teref.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu İranın Əndika rayonunun qubernatoru Əmrullah Nozəri deyib. Onun sözlərinə görə, zəlzələ Əndika rayonunun 120 kəndində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində indiyədək 3 nəfərin yaralandığı bildirilir. /konkret.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru