Qazaxda GÜCLÜ YANĞIN: xəsarət alan var

10-10-2021, 22:24           
Qazaxda GÜCLÜ YANĞIN: xəsarət alan var
Qazax rayonunda baş vermiş yanğın söndürülüb.

Gununsesi.info xəbər verir ki, Cəfərli kənd sakininə məxsus fərdi evin həyətində olan 14 ton ot bağlamasından 7 tonu və yaxınlıqda olan ümumi sahəsi 21 kvadratmetr tövlənin 3 kvadratmetr dam örtüyü yanıb.

Yanğın hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşınları və canlı qüvvəsi tərəfindən söndürülüb.

Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub. Hadisənin başvermə səbəbləri isə araşdırılır.

Xatırladaq ki, hadisə zamanı 1 nəfər xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru