Fəhlə ekskavatorun arasında qalıb öldü

13-10-2021, 12:20           
Fəhlə ekskavatorun arasında qalıb öldü
Prokurorluq İmişli rayon sakininin bədbəxt hadisə nəticəsində ölməsi barədə məlumat yayıb.
İmişli rayon prokurorluğundan Yeniavaz.com-a verilən məlumata görə, oktyabrın 12-si saat 14 radələrində İmişli rayonu ərazisində Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında fəhlə işləyən 1980-ci il təvəllüdlü Ramil Şirinovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, hidroqovşaq ərazisində ekskavatorla hamarlama işləri aparılarkən ekskavatorun yük hissəsi ilə beton hissəciyin arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.