Soymağa getdiyi evin sahibindən incidi: MƏKTUB YAZDI

21-10-2021, 12:45           
Soymağa getdiyi evin sahibindən incidi: MƏKTUB YAZDI
Bu qeyri-adi hadisə Hindistanın Madhya-Pradeş ştatında baş verib.

Teref.az lent.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan kişi iki həftədən sonra qayıdanda evinə oğru girdiyini müəyyən edib. Ancaq ev sahibini soyğunçuluğa məruz qalmasından çox, əsəbi cinayətkarın yazdığı məktub təəccübləndirib.

Oğru, görünür, “ovunun”ümidlərini doğrultmadığından çox məyus olub.

“Evdə pul olmadıqda, onun qapısını kilidləməyə ehtiyac yoxdur”, – oğru məktubunda qeyd edib.

Ümumilikdə soyğunçu evdən bir neçə zinət əşyası və 30 min rupi götürüb. Yerli polis artıq istintaqa başlayıb, amma hadisənin dəqiq nə vaxt baş verməsinin məlum olmaması məsələni çətinləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru