Publika.az xəbər verir ki, rayon ərazisində "VAZ 21015" markalı iki minik avtomobili bir-biri ilə toqquşub. Nəticədə avtomobillərdə olan 2 nəfər aldıqları xəsarətlərdən vəfat edib.
Ölənlərin 1978 və 1990-cı il təvəllüdlü 2 kişi olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.