Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ötən həftə Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsini şərh edib.
Axar.az xəbər verir ki, Aİ rəsmisi bu barədə Tvitterdə yazıb.
"(Gərginliyi-red) Azaltmaq, səbəbləri aradan qaldırmaq və hərtərəfli nizamasalma nailiyyət üzrə işə başlamaq lazımdır", - Klaar bildirib.