Bakıda yeniyetmə qızın əməlləri görənləri dəhşətə gətirir - Taksi sürücüləri ilə... - VİDEO

17-11-2021, 11:26           
Bakıda yeniyetmə qızın əməlləri görənləri dəhşətə gətirir -
Bakı yeniyetmə qızın əməli eşidənləri dəhşətə gətirir.

Milli.Az xəbər verir ki, videoda görünən bu qız şəhərin müxtəlif yerindən taksilərə yaxınlaşır və sürücüyə onu dediyi ünvana çatdırmasını istəyir. O, taksi sürücüsünə 2-3 ünvana gedəcəyini deyir, sonra maşını 9-cu mkr-da "Tərlan" şadlıq sarayının yaxınlığında yereləşən "Favorit" yaşayış kompleksinin dayanacağına sürdürür və gözləməsini istəyir. Sürücünün pulunu ödəməmiş deyir ki, "məndə pul kartdadır" və bu kimi müxtəlif bəhanələrlə taksilərdən 20-30 manat alıb evə verib, gələcəyini bildirir. Beləcə, "qaraj"dan liftə daxil olur, bir müddət liftlə aşağı-yuxarı qalxıb, düşür və vaxt qazanır, sonra da binanın qabaq çıxışından çıxıb gedir.

Bu kadrlar binanın təhlükəsizlik kameralarına əks olunub. Həmin ərazidəkilərin dediklərinə görə, bu qız həftədə 5-6 dəfə fərqli taksi sürücüsü ilə bu əraziyə gəlir.

Məhəmməd Vaqif












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru