Rusiyalı kişi 20 il Qazaxıstanda kölə kimi saxlanılıb - VİDEO
18-11-2021, 07:12
Rusiyalı kişi 20 il Qazaxıstanda kölə kimi saxlanılıb. Bununla bağlı yaydığı videoda o, qohumlarından yardım istəyib. Hadisə ilə əlaqədar artıq cinayət işi açılıb.
Məlumata görə, müraciət edən şəxs özünü Rusiyanın Yaroslavl vilayətinin Qavrilov-Yamskiy rayonunun sakini Aleksey Aleksandroviç Kotov kimi təqdim edib. O, 20 ildir Karağandı vilayətində qul kimi saxlandığını deyərək, valideynlərindən ona Qazaxıstandan çıxmağa köməklik etməyi xahiş edir.
Şübhəli şəxs saxlanılıb, hazırda onunla bağlı istintaq hərəkətləri aparılır. знать больше
“Şet rayon polisi əməliyyat-axtarış tədbirləri zamanı Rusiya Federasiyası vətəndaşı olan 44 yaşlı kişini müəyyən edib. O, izah edib ki, 44 yaşlı sakin tərəfindən iyirmi il ərzində qanunsuz istismara və məcburi əməyə məruz qalıb”, - deyə hüquq mühafizə orqanlarından bildirilən məlumatda deyilir.
Rusiya səfirliyi vəziyyətlə bağlı bütün halları yoxlamaq üçün ixtisaslaşdırılmış bölmələrin əməkdaşlarını Karağandı vilayətinə göndərib.