Dünyanın ən ölümcül ağacı

20-11-2021, 00:04           
Dünyanın ən ölümcül ağacı
ABŞ-ın Florida ştatında dünyanın ən təhlükəli ağacı aşkar edilib.

EDNews.net xəbər verir ki, zəhərli quava kimi tanınan manşinel ağacının budaqlarının altında dayanmaq belə insanı öldürə bilər.

Onun kiçik yaşıl almaya bənzər meyvəsindən yemək allergiyaya və şiddətli ağrıya səbəb olur.

Mütəxəssislər hətta bu ağacın budaqlarından odun kimi istifadənin də təhlükəli ola biləcəyini bildirib və ağacın yerləşdiyi ərazilərə xəbərdarlıq yazıları olan lövhələr asılıb.

Qeyd edək ki, manşinel 2011-ci ildə dünyanın ən təhlükəli ağacı olaraq “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru