Tokioda 4,6 bal gücündə zəlzələ olub

20-11-2021, 11:53           
Tokioda 4,6 bal gücündə zəlzələ olub
Noyabrın 20-də yerli vaxtla səhər saat 9:57-də Yaponiya paytaxtında 4,6 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Tokionun qərbində yerləşən Suqinami rayonunda, ocağının isə 100 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Yeraltı təkanların İbaraki və Saytama daxil olmaqla Yaponiyanın şərq prefekturalarında hiss olunduğu qeyd edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru