Erməni politoloq: “Noyabrın 16-da kifayət qədər böyük sayda canlı itkilərimiz olub”
22-11-2021, 17:54
“Azərbaycan və Rusiya Ermənistana ATƏT-in Minsk qrupunun himayəsi altında müzakirələrdən hər vasitə ilə yan keçməyi təklif edir”. Ordu.az xəbər verir ki, bunu erməni politoloq Andrias Qukasyan deyib.
Onun sözlərinə görə, noyabrın 16-da baş verən toqquşma nəticəsində açıqlanan faktlardan belə güman etmək olar ki, Ermənistanın kifayət qədər böyük sayda canlı itkisi olub.
“Bunu açıqlasalar, ordu və hakimiyyət üçün mənfi olar, buna görə də yavaş-yavaş xəbər verirlər. Əvvəlcə bir nəfər dedilər, bu gün altı qurban dedilər. Bu ağrılı siyahı hələ tamamlanacaq”, - deyə Qukasyan qeyd edib.