Botoks elətdirən qadının üzü iflic oldu - FOTO/VİDEO

23-11-2021, 08:47           
Botoks elətdirən qadının üzü iflic oldu - FOTO/VİDEO
Qırışlardan azad olmaq və dərisinin hamarlığı üçün botoks etdirən Nyu-York sakini Daniel Leyden bu qərarından tezliklə peşman olub.

Belə ki, seans zamanı kosmetoloq qadının üzünə çoxlu dərman yeridib ki, bu da sağ göz qapağının ptozuna (aşağı sallanmasına) səbəb olub.

Amerikalının sözlərinə görə, o, bir neçə həftə iflic vəziyyətdə qalıb, göz qapağı açılmayıb. Nəhayət Leyden üzünü əvvəlki görünüşünə qaytarmağa kömək edən xüsusi damcılar tapdığını vurğulayıb. Qadın dərmanın adını qeyd etməyib.

O, prosedurun uğursuz nəticəsini və sağalma müddəti ilə bağlı kadrları özünün “TikTok” hesabından paylaşıb.

Video sosial şəbəkələrdə çoxsaylı müzakirələrə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru