Yaşlı qadın özü-özünü əməliyyat etdi - FOTO

23-11-2021, 08:49           
Yaşlı qadın özü-özünü əməliyyat etdi - FOTO
Rusiyada qəribə hadisə baş verib. Belə ki, Leninqrad vilayətinin Vıborq şəhərində onkoloji xəstə olan yaşlı qadın ümidsiz vəziyyətdə özünü əməliyyat edib: toplanan mayenin çıxması üçün qarın boşluğunu bıçaqla kəsib.

Qadın bundan əvvəl hər ehtimala qarşı, ölümqabağı məktub da yazıb.

Hadisə ilə bağlı Rusiyada “Evə hospis” (“Xospis na domu”) tibb müəssisəsinin rəhbəri Yekaterina Ovsyannikova danışıb.

Onun sözlərinə görə, xərçəngə görə qadının qarın boşluğuna su toplanıb – astsit yaranıb. Bu cür fəsad zamanı yerimək, uzanmaq olmur, nəfəs almaq çətinləşir.

Təqaüdçü qadın vaxtında yardım ala bilmədiyindən, özü qarının ön divarı boyunca nazik bıçaqla kəsiklər edərək cərrahi müdaxilə - laparosentez qərarına gəlib. Bundan əvvəl isə hər ehtimala əməliyyatı özünün etdiyinə dair məktub yazıb.

Tibb işçisi qadının necə tapıldığı barədə məlumat verməyib. Ancaq onun sözlərinə görə, Viborq sakininin həyatını xilas etmək mümkün olub, o, hazırda xəstəxanadadır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru