Pəncərədən evə girən tanışı qızı zorlamaq istədi - Bakıda DƏHŞƏT
6-05-2015, 12:51
Bakının Sabunçu rayonunda qeyri-adi hadisə baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, tanışı 21 yaşlı qızın evinə qapıdan yox, pəncərədən daxil olub.
Sabunçu qəsəbəsində yaşayan 1994-cü il təvəllüdlü C.Q polis bölməsinə müraciət edərək bildirib ki, bir neçə gün öncə gecə saat 02:30 radələrində tanışı Nail adlı şəxs yaşadığı evin pəncərəsini yerindən çıxararaq evə daxil olub.
Nail qızdan onunla cinsi əlaqədə olmağı tələb edib. Qız razılaşmadıqda isə Nail onu döyərək xəsarət yetirib. Sonra isə evdən gedib.