Riyad Əliyev vəzifəli şəxslərə əsassız böhtanlar atdığına görə tərəfimizdən məhkəməyə verilib - Təfəkkür Universitetindən AÇIQLAMA

6-05-2015, 12:57           
Riyad Əliyev vəzifəli şəxslərə əsassız böhtanlar atdığına görə tərəfimizdən məhkəməyə verilib - Təfəkkür Universitetindən AÇIQLAMA
Təfəkkür Universiteti Riyad Əliyevin beynəlxalq axtarışa verilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, R. Əliyev universitetin rəhbərlərinə, bəzi vəzifəli şəxslərə əsassız böhtanlar atdığına görə universitetin rəhbərliyi tərəfindən məhkəməyə verilib: “Əfsuslar olsun ki, Riyad Əliyev məhkəmənin çağırışlarından yayınaraq xaricə qaçıb. Elə buna görə də Yasamal rayon məhkəməsinin 24 noyabr 2014-cü il tarixli qərarına əsasən Riyad Əliyev hüquq mühafizə orqanları tərəfindən axtarışdadır”.

Məlumatda həmçinin qeyd olunur ki, Təfəkkür Universitetinin Riyad Əliyev adlı təsisçisi olmayıb və universitetin Kiyev şəhərində filialı yoxdur.

Qeyd edək ki, APA ötən gün R. Əliyevin İnterpol xətti ilə axtarışa verilməsi barədə məlumat yayıb. İnterpolun saytında yerləşdirilən məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Mətbuatda yayılan məlumatlarda R. Əliyev Təfəkkür Universitetinin təsisçisi və Kiyev filialının rektoru kimi təqdim olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.