"Buta Airways" üzrə minimal tarif 29 avroya endirilir
14-01-2022, 18:48
"Azərbaycan Hava Yolları"nın aşağıbüdcəli törəməsi - "Buta Airways" üzrə minimal tarif yaxın günlərdə koronavirus pandemiyasından əvvəl olduğu kimi yenə də 29 avro olub.
Bu barədə "Report" aviaşirkətə istinadən xəbər verir.
Xatırladaq ki, indiyə qədər sözügedən qiymət 55 avro idi.