Xəzərdən uzunluğu 3 metr, çəkisi 210 kiloqram olan balıq tutulub

18-01-2022, 17:45           
Xəzərdən uzunluğu 3 metr, çəkisi 210 kiloqram olan balıq tutulub
İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizində 3 metr uzunluğunda beluqa (ağ balıq) ovlanıb.

Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti Balıqçılıq İdarəsinin baş direktoru Həsən Eshaqi deyib.

Onun sözlərinə görə, ovlanan balığın çəkisi 210 kq təşkil edib və təxminən 26 kiloqram kürüsü olub.

“Xəzər dənizində bu növ balıqların qorunması və artırılmasının zəruriliyi nəzər alınaraq, dənizdən ovlanan nərə balıqları artım üçün Sari şəhərində yerləşən balıqyetişdirmə mərkəzinə nəql olunur. Qeyd olunan balıq da canlı şəkildə həmin mərkəzə aparılıb”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru