Sürücülərdən heç kim sahibsiz itlərin hücumuna məruz qalan şəxsə yardım etmədi - ANBAAN VİDEO

21-01-2022, 09:53           
Sürücülərdən heç kim sahibsiz itlərin hücumuna məruz qalan şəxsə yardım etmədi - ANBAAN VİDEO
İstanbulun Bakırköy rayonunda işə gedən kişi altıdan çox sahibsiz itin hücumuna məruz qalıb.

İtlərin sürü şəklində kişiyə hücumu təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Videoda diqqət çəkən digər məqam hadisə yerindən keçən avtomobillərdən heç birinin itlərin hücumuna məruz qalan şəxsə kömək etməməsidir.

Yalnız bir nəfər piyada hücuma məruz qalan şəxsə kömək etməyə çalışır.

Ciddi xəsarət alan şəxsin xəstəxanaya yerləşdirildiyi bildirilir.


Mənbə: “İhlas Haber Ajansı” (İHA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru