İspaniya kralı koronavirusa yoluxdu

10-02-2022, 09:19           
İspaniya kralı koronavirusa yoluxdu
İspaniya kralı VI Filipp koronavirusa yoluxub. Bu barədə kral sarayının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, gecə yüngül simptomlar göründükdən sonra kral COVID-19 testi verib və cavab müsbət çıxıb.

“Səhiyyə orqanlarının müəyyən etdiyi qaydalara əsasən, Əlahəzrət Kral 7 gün təcriddə qalacaq. Onların bu müddət üçün nəzərdə tutulan rəsmi fəaliyyətləri bundan sonra dayandırılır”, - deyə məlumatda bildirilir.

Press-relizdə həmçinin VI Filippin ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu və onun institusional fəaliyyətlərinə kral iqamətgahından dəstək veriləcəyi bildirilib.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru