Omikron uşaqlar üçün ölümcül ola bilər – Xəbərdarlıq
10-02-2022, 10:23
Koronavirusun Omikron ştammına yoluxduqda, beş yaşınadək uşaqlar, xüsusən də oğlanlar ölümcül vəziyyətlə üzləşə bilər.
Axar.az xəbər verir ki, bu barədə rusiyalı pediatr Sergey Tokarev deyib.
"Kəskin larinqotraxeit daha çox beş yaşınadək oğlanlarda inkişaf edir və qırtlağın stenozuna səbəb ola bilər. Əvvəllər uşaqlarda tez-tez paraqriplə olurdusa, indi Omikronla da belə halların sayı artır", - Tokarev bildirib.