Bakıda üç avtomobil toqquşub – FOTO

11-02-2022, 08:33           
Bakıda üç avtomobil toqquşub – FOTO
Bakının Səbail rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, qəza Salyan şossesində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobil hərəkətdə olan zaman “Toyota” markalı maşın qəfil manevr edib.

Zərbənin təsirindən “Toyota” şossedə olan “Nissan” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.