İanə toplamaq üçün qızına işgəncə verdi - FOTO

11-02-2022, 10:33           
İanə toplamaq üçün qızına işgəncə verdi - FOTO
Kolorado sakini Kelli Törner ianə toplamaq üçün qızı Oliviya Qantdan istifadə edib.

O, xəstəlik tarixçəsi ilə bağlı həkimlərə yalan danışıb və həkimləri yeddi yaşlı qızının üzərində lazımsız əməliyyatlar aparmağa məcbur edib.

O, həmçinin həkimləri qızına lazımsız dərmanlar yazmağa çağırıb və onun “müalicəsi” üçün ianə toplayıb.

Prokurorlar Törnerin 100 min dollardan 1 milyon dollara qədər xeyriyyə aldığını bildirirlər.

Nəticədə polis olmaq arzusu ilə yaşayan qızcığaz Denver Hospisində vəfat edib.

Daha sonra Kelli Törner ikinci qızını da sümük ağrıları ilə eyni xəstəxanaya gətirməsi həkimlərin şübhələrinə səbəb olub.

Hazırda 13 yaşlı qız nənə və babasının himayəsindədir, səhhətindən şikayəti yoxdur.

Törner törətdiyi cinayəti etiraf edib. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.





Mənbə: Fox News












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru