Rusiyada An-2 təyyarəsi qəzaya uğradı - ölənlər var

11-02-2022, 09:04           
Rusiyada An-2 təyyarəsi qəzaya uğradı - ölənlər var
Rusiyanın Kamçatka yarımadasının Koryaki kəndində An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bunu Kamçatka diyarının qubernatoru Vladimir Solodov deyib.

"İlkin məlumata əsasən, qəza nəticəsində iki heyət üzvü həlak olub. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - deyə qubernator bildirib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsindən isə bildirilib ki, qəza nəticəsində heyət üzvlərindən biri ölüb, digərinin yeri müəyyənləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru