“Android”də yersiz bildirişlərə çarə tapıldı

12-02-2022, 10:24           
“Android”də yersiz bildirişlərə çarə tapıldı
“Android” əməliyyat sistemi cihaz işə salındıqda müxtəlif proqramların bildiriş göndərilməsinin qarşısını almaq imkanına yiyələnib.

Bu xüsusiyyət fevralın 10-da tərtibatçılar üçün buraxılmış “Android 13”-də aşkar edilib.

Beləliklə, bundan sonra hər hansı bir tətbiqi ilk dəfə açarkən istifadəçiyə “push” bildirişlərinin göndərilməsinə icazə verməsi və ya rədd edilməsi təklif olunacaq.

Hazırda tətbiqi quraşdırmaqla “Android” qadcetinin sahibi avtomatik olaraq bildirişlər almağa razılıq verir. İstifadəçi bunu qadağan etmək qərarına gələrsə, o, parametrlərə keçməli, istədiyi proqramı tapmalı və bildiriş funksiyasını söndürməlidir.

Qeyd edək ki, “Apple” smartfonlarında sözügedən funksiya artıq xeyli vaxtdır ki, tətbiq edilib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru