Baş Komandanlıq: “Ukrayna Silahlı Qüvvələri atəşkəs rejiminə riayət edir”
13-02-2022, 10:48
“Hazırda bütün cəbhə boyu tam sakitlikdir, Ukrayna ordusu atəşkəsə əməl edir”.
Bu barədə “Report”un Şərqi Avropa bürosuna Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığından bildirilib.
“Ukrayna Silahlı Qüvvələri atəşkəs rejiminə riayət edir, Donetsk istiqamətində də daxil olmaqla heç bir atəş qeydə alınmayıb və hər hansı hərbi əməliyyat həyata keçirilməyib”, - məlumatda qeyd edilir.