Gürcüstanda 6,2 bal maqnitudalı zəlzələdən sonra qısa müddətli və nisbətən zəif iki afterşok qeydə alınıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri və Seysmik Monitorinq Milli Mərkəzinin məlumatında bildirilib. Məlumatda qeyd olunub ki, zəlzələlərdən biri 4,1 bal, digəri isə 4,5 bal gücündə olub.
Mərkəz zəlzələnin episentrinin Cavaxetiya platosu üzərində yerləşdiyini açıqlayıb.