Bakıda daha bir intihar hadisəsi baş verib. Teref.az lent.az-a istinadla xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb. Orta yaşlı kişi (kimliyi hələlik məlum deyil) binadan özünü atıb. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.