Polşada güclü partlayış baş verib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, partlayış Polşanın Krupski Mlın bölgəsində yerləşən “NitroErg” partlayıcı zavodunda baş verib.
- Krupski Mlın şəhərindəki "NitroErg" partlayıcı zavodunda baş verən dəhşətli partlayış zavodun ərazisindəki binalardan birini dağıdıb, - məlumatda deyilir. Qeyd edilir ki, partlayışın səsi onlarla kilometr radiusda eşidilib.