Gürcüstanda sutka ərzində ikinci zəlzələ

15-02-2022, 09:54           
Gürcüstanda sutka ərzində ikinci zəlzələ
Gürcüstanda Dmanisi rayonunun Sameba kəndi yaxınlığında, Ermənistanla sərhəddə 3,9 bal gücündə zəlzələ baş verib.

İliya Universitetinin Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, bu, son 24 saat ərzində ölkənin cənubunda baş verən ikinci zəlzələdir.

Tələfat və dağıntılar barədə, hələ ki məlumat yoxdur.

Qeyd edək ki, fevralın 13-də Gürcüstanda Sameba kəndi yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar o qədər güclü olub ki, Tbilisidə və ölkənin digər bölgələrində hiss olunub.

Təbiət hadisəsi nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru