Bu gün Konstitusiya Məhkəməsi Plenumunun dollar kreditlərinin hansı məzənnə ilə qaytarılması ilə bağlı iclası keçirilib.
“Qafqazinfo”nun məhkəmədə iştirak edən əməkdaşının verdiyi məlumata görə, prosesdə tərəflər dinlənilib və Konstitusiya Məhkəməsinin baş hakimi bildirib ki, yaxın günlərdə dollar kreditləri ilə bağlı qərar açıqlanacaq.
Qeyd edək ki, məhkəmədə tərəflər Göyçay Rayon Məhkəməsi, Ombudsman Aparatı, qarşı tərəfdə isə Azərbaycan Mərkəzi Bankı və Milli Məclis olub.