15-20 tonluq qaya parçaları yolu bağladı və...

27-05-2022, 10:25           
15-20 tonluq qaya parçaları yolu bağladı və...
Güclü selin gətirdiyi qaya parçalarının bağladığı Quba-Xınalıq yolunda ötən gün də təmizləmə işləri davam etdirilib.

Yol nəqliyyatın hərəkəti üçün iki gün əvvəl açılsa da, yola düşmüş iri qaya parçaları texnikaların köməyilə ötən gün tam təmizlənib.

Quba 5 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sutanov Bizim.Media-ya bildirib ki, yolu təmuzləmək üçün ağır texnikalardan istifadə etdik.

O qeyd edib ki, ən azı 15-20 tonluq iri daş və qaya parçalarını sel suları yola yuvarlamışdı:

“Gecə saatlarında yolun 37-ci km-ni tam açdıq. Güclü yağışlardan sonra Xınalıq yolunda sürüşmə təhlükəsi çox artıb. İndi də Quba-Xınalıq yolunun 30-cu km-də üst yamacdan palçıq və torpaq qatının yola axını başlayıb. Yolun həmin hissəsini dərhal təmizləsək də, axın davam edir. Prosesi nəzarətdə saxlayırıq."

Qeyd edək ki, 3 gün öncə intensiv yağışlardan sonra Xınalıq yolunun 37-ci km-də yola qaya uçqunu nəticəsində 5 kəndlə rayon mərkəzinin nəqliyyat əlaqəsi kəsilmişdi.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru