Bakıda qadın hoteldə bıçaqlanıb Bakının Sabunçu rayonunda qadın bıçaq xəsarətləri alıb.
APA xəbər verir ki, hadisə hotellərdən birində baş verib.
1990-cı il təvəllüdlü Yusufova Rəhimə Telman qızı tanışı ilə hoteldə dava edib. Dava zamanı o, bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları araşdırır.