Ermənilər Azərbaycan kəndini tam boşaltdı

3-05-2016, 09:46           
Ermənilər Azərbaycan kəndini tam boşaltdı
Uzun müddət işğal altında saxlanılan Tərtər rayonunun Talış kəndində qanunsuz məskunlaşan ermənilər artıq kəndi boşaldıblar.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, 90 ailə (370 nəfər) artıq Ermənistandadır. Onlardan 12 ailə İrəvanda məskunlaşıb, qalanları isə Talış kəndinə köçməzdən öncəki yaşayış yerlərinə qayıdıblar.

Xatırladaq ki, Dördgünlük müharibə nəticəsində Talış kəndi yaxınlığındakı yüksəkliklərin Azərbaycan ordusu tərəfindən nəzarət altına alınmasından sonra 1992-ci ildən işğal altında olan bu kənddə qeyri-qanuni olaraq məskunlaşan ermənilər geri qayıtmağa başlamışdılar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru