Rus ordusu bu sistemin qarşısını ala bilmir - Jdanov

9-07-2022, 08:22           
Rus ordusu bu sistemin qarşısını ala bilmir - Jdanov
Rus ordusu HİMARS çoxsaylı buraxılış raket sistemlərinə qarşı müdafiəsizdir, bu silaha qarşı heç bir reaksiya yoxdur.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Bu raketin qarşısını almaq mümkün deyil. Əgər nişan alıb buraxsaq, o zaman 70 km məsafədə ən çoxu üç metrlik yayınma ilə hədəfə dəyir. Bu raketə qarşı heç bir müdafiə yoxdur. Yalnız vaxtınız varsa və ya onun uçduğunu hiss etsəniz, qaça bilərsiniz”, - O.Jdanov vurğulayıb.

Onun sözlərinə görə, bu səbəbdən Rusiya Ukraynaya yüksək dəqiqlikli uzaqmənzilli Qərb silahlarının verilməsinin qarşısını almağa hər cür cəhd edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru