İlin əvvəlindən dünyada azı 40 jurnalist öldürülüb

4-05-2016, 09:32           

İlin əvvəlindən bəri dünyanın 18 ölkəsində azı 40 jurnalist öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Press Emblem Campaign” (PEC) müstəqil təşkilatın hesabatında bildirilir.

Təşkilat həmçinin jurnalist fəaliyyəti üçün təhlükəli ölkələrin indeksini tərtib edib. Belə ki, qeyd olunan müddət ərzində ən çox jurnalist Əfqanıstanda həlak olub – 8 nəfər. Meksika və Yəməndə - hər birində 5, İraq və Türkiyədə isə - hər birində 3 jurnalist qətlə yetirilib. Suriya və Pakistanda hər birində 2, Rusiyada 1 media işçisi həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru