ABŞ-da Olimpiya mükafatçısı metal boru ilə döyüldü 12-07-2022, 09:34 2008-ci il Pekin Olimpiadasının gümüş mükafatçısı Kim Qlas Los-Ancelesdə hücuma məruz qalıb.Məlumata görə, naməlum evsiz şəxs soyğunçuluq məqsədilə idmançını metal boru ilə döyüb. Hücum edən şəxs polis tərəfindən saxlanılıb.Voleybolçu kəllə-beyin travması və bir neçə sınıqla canını qurtarıb.Qlassın dediyinə görə, o, göz nahiyəsinə dəyən zərbədən sonra kor olmaqdan qorxub.Mənbə: gazeta.ru Facebook-da paylaş