Moskva sakini ukraynalı qonşusundan polisə şikayət etdi

11-08-2022, 11:34           
Moskva sakini ukraynalı qonşusundan polisə şikayət etdi
71 yaşlı Moskva sakini ukraynalı qonşusundan polisə şikayət edib.

Buna Odessadan olan qadının digər qonşu ilə mübahisə etməsi səbəb olub.

Qadınlar Ukraynadakı müharibəni qızğın şəkildə müzakirə ediblər. Mübahisə iştirakçılarından biri Ukrayna Silahlı Qüvvələrinin Donbası geri qaytara biləcəyini deyib.

Təqaüdçü əvvəlcə bu sözlərə əhəmiyyət verməyib. Lakin sonradan qonşusunun sözlərini polisə çatdırmaq qərarına gəlib.

Mənbə: lenta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.