Qubad İbadoğlunun Bakıdakı ofisində axtarış və müsadirə aparıldı
13-05-2015, 15:33
ADR hərəkatının lideri Qubad İbadoğlunun Bakıdakı ofisində axtarış aparılıb. Musavat.com xəbər verir ki, bu barədə, hazırda ABŞ-da olan iqtisadçı alim özü məlumat yayıb. Məlumatda deyilir:
"Bu gün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin əməkdaşları İqtisadi Tədqiqatlar Mərkəzinin ofisində axtarış axtarıb. Üç saatadək davam edən axtarışdan sonra Mərkəzin bütün kompyuterlərini və maliyyə-mühasibat sənədlərini müsadirə edərək aparıblar".