Məşhur marketlər şəbəkəsinin sahibinin evinə basqın: - Detallar bəlli oldu

17-02-2023, 11:21           
Məşhur marketlər şəbəkəsinin sahibinin evinə basqın: -
Dünən axşam saatlarında evinə basqın olunan şəxsin kimliyi bəlli olub.

TEREF.AZ bildirir ki, Teleqraf.com-un əldə etdiyi məlumata görə, fevralın 16-da axşam saat 22.00 radələrində 1991-ci il təvəllüdlü Tahir Hüseynov "Ballı" marketlər şəbəkəsinin sahibi Elman Əsədovun Suraxanı rayonunda yerləşən evinin həyətinə hasardan daxil olub və kiçik tikilidə gizlənib.

Ev sahibinin qohumları bilyard oynamaq üçün silahlının gizləndiyi tikiliyə daxil olarkən orada gizlənmiş şəxsi görüblər.

Silahlı Tahir Hüseynov havaya atəş açaraq qaçmaq istəyib. Amma ev sahibinin yaxınları silahlı şəxsi yaxalayaraq polisə təhvil veriblər.

Hadisəylə bağlı DİN rəsmi məlumat yayıb.

Suraxanı Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru