Penitensiar Xidmətin əsgəri özünü güllələdi

19-02-2023, 00:06           
Penitensiar Xidmətin əsgəri özünü güllələdi
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Mədətov Nurlan İqor oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Bakı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, daxil olmuş məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə və cəsədə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Bakı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru