Moskva məhkəməsi Xaçaturyanı həbsə atdı – Silah qaçaqmalçılığına görə

22-02-2023, 12:06           
Moskva məhkəməsi Xaçaturyanı həbsə atdı – Silah qaçaqmalçılığına görə
ABŞ vətəndaşı, milliyyətcə erməni olan Andre Xaçaturyan Rusiyada silah qaçaqmalçılığına görə 8 il müddətinə azadlıqdan məhrum edilib.

TEREF.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə qərar Moskva vilayətinin Ximki məhkəməsində verilib.

Xaçaturyan 2021-ci il dekabrında Los-Ancelesdən Moskvaya gələrkən Şeremetyevo hava limanında saxlanılıb. Onun bundan əvvəl İrəvanda olduğu bildirilib.

Gömrükçülər saxlanılan zaman üzərindən patronları olan “Glock 17” tapança götürüblər.

37 yaşlı Xaçaturyan qanunsuz silah alverində və silah qaçaqmalçılığında təqsirli bilinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru