Moskvada 7 nəfərin ölümü ilə nəticələnən yanğının səbəbkarı saxlanılıb - FOTO

23-02-2023, 09:58           
Moskvada 7 nəfərin ölümü ilə nəticələnən yanğının səbəbkarı saxlanılıb - FOTO
Moskvanın Mejdunarodnaya küçəsindəki yataqxanada mənzili yandırmaqda şübhəli bilinən Yuri X. saxlanılıb. O, dindirilmək üçün paytaxtın istintaq komitəsinə aparılıb.

Məlumata görə, şübhəli şəxs əvvəllər məhkum olunub.

Xatırladaq ki, fevralın 21-də binanın beşinci mərtəbəsindəki mənzillərdən birində güclü yanğın baş verib. Nəticədə ikisi uşaq olmaqla, 7 nəfər ölüb.

Yoxlama zamanı məlum olub ki, alışma mənbəyi tikinti tullantıları olub və şübhəli şəxs, ehtimal ki, qonşu mənzildən olan səkkizuşaqlı ailəni sevmədiyi üçün onları yandırıb. Bəzi sakinlər iddia edir ki, kişi uşaqların çıxardığı səslərdən dəhşətli dərəcədə əsəbləşib.

Fakt üzrə cinayət işi başlanıb.

Mənbə: RenTV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru