Gözəgörünməz ev kirayəyə verilir - FOTO

23-02-2023, 09:06           
Gözəgörünməz ev kirayəyə verilir - FOTO
“Airbnb”də təbii mühitə qarışan bir evi kirayələmək mümkündür.

Ev İtaliyanın Bolzano şəhəri yaxınlığında yerləşir. Divarları dağların və alma bağlarının ətrafdakı mənzərəsini əks etdirən güzgülərdən ibarət olduğu üçün ev gözəgörünməz adlandırılıb.

Onun ön tərəfində şüşə qapıları var.

Bina iki mənzildən ibarətdir. Hər biri 45 kv.m olan mənzillərdə iki nəfərlik yataq otağı, vanna otağı, qonaq otağı, mətbəx və divan-çarpayı var. İnteryer ağ və ağac tonlarında müasir üslubda bəzədilib.

Evin üzgüçülük hovuzu da mövcuddur. Görünməz evin bir gecəlik kirayəsi 235 dollara başa gəlir.




Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru