Rusiyada güclü zəlzələ oldu

23-02-2023, 09:37           
Rusiyada güclü zəlzələ oldu
Rusiyanın İrkutsk vilayətinin Nijneudinski rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

Lent.az TASS-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsinin mətbuat xidməti episentrdə təkanın gücünün 6,3 bal olduğunu bildriib.

Tələfat və dağıntı yoxdur.

“İrkutsk vilayətində saat 07:06-da (Bakı vaxtı ilə 03:06) Alıqdjer kəndindən 21 kilometr aralıda yerləşən Nijneudinski rayonunda seysmik hadisə qeydə alınıb. Episentrdə 6,3 bal. Tələfat və dağıntı yoxdur. İnfrastruktur obyektləri normal işləyir”, - deyə məlumatda bildirilir.

Seysmoloqların məlumatına görə, maqnituda 4,5 olub.

Nijneudinski rayonu İrkutsk vilayətinin qərbində, Tıva Respublikası və Krasnoyarsk diyarı ilə sərhəddə yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru