Ukraynada son yeddi ay ərzində vurulan İran dronlarının sayı açıqlanıb

27-02-2023, 00:20           
Ukraynada son yeddi ay ərzində vurulan İran dronlarının sayı açıqlanıb
“2022-ci ilin sentyabrından bəri Ukrayna ərazisində İranın 610 kamikadze dronu məhv edilib”.

Pressklub.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk deyib.

O bildirib ki, bu müddət ərzində, həmçinin 650-dən çox qanadlı raket vurulub.

N.Oleşçukun sözlərinə görə, “Patriot” və SAMP/T-MAMBA hava hücumundan müdafiə sistemləri tezliklə Ukraynaya təhvil veriləcək.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-ə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru