Bakıda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub

4-03-2023, 09:02           
Bakıda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Bakının Nizami rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, zəncirvari qəza VAZ-2107, iki “Toyota Prius”, “Mercedes” və “Lexus” markalı avtomobillərin iştirakı ilə baş verib.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Bir nəfər yüngül xəsarət alıb.

Avtomobillər ərazidən kənarlaşdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru