Meksikada 4 ABŞ vətəndaşı oğurlandı

8-03-2023, 00:04           
Meksikada 4 ABŞ vətəndaşı oğurlandı
Federal Təhlükəsizlik Bürosunun (FTB) nin məlumatına görə, dörd ABŞ vətəndaşı Meksika sərhədini keçdikdən sonra naməlum silahlı şəxslər tərəfindən hücuma məruz qalıb və oğurlanıb.
Editor.az bildirir ki, Şimali Karolina nömrə nişanlı mikroavtobusda səyahət edən amerikalılar Texas ştatının sərhədyanı “Braunsville” şəhərindən Tamaulipas ştatının Meksika ilə sərhəddə yerləşən Matamoros şəhərinə gəlməsindən qısa müddət sonra atəşə tutulublar. Silahlı şəxslər onları başqa maşına mindirərək naməlum istiqamətə aparıblar.
Texasın 34-cü dairəsini təmsil edən deputat Visente Qonsales “oğurlanmanın təfərrüatlarını dəhşətli və narahatedici” dadlandırıb: “Mən FTB-nin yanındayam və Meksika hökumətini və Tamaulipas əyalətini vətəndaşlarımızın təhlükəsiz şəkildə ABŞ torpaqlarına qayıtmasını təmin etmək üçün ABŞ müstəntiqləri ilə vicdanla işləməyə çağırıram”, – Qonsales deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru