Rusiya və Ukrayna arasında genişmiqyaslı əsir mübadiləsi olub – FOTO/VİDEO

8-03-2023, 09:47           
Rusiya və Ukrayna arasında genişmiqyaslı əsir mübadiləsi olub – FOTO/VİDEO
Çərşənbə axşamı, martın 7-də Ukrayna 130 müdafiəçisini əsirlikdən geri qaytarıb.

Bu barədə Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak “Telegram” kanalında məlumat verib.

“Daha bir əsir mübadiləsi - 130 adamımızı - 126 müdafiəçi kişi və 4 müdafiəçi qadını vətənə qaytara bildik. Bunlar Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, sərhədçilərin, Dövlət Mühafizə Xidmətinin hərbçiləridir”, - Yermak bildirib.

Onun sözlərinə görə, keçmiş əsirlər arasında Mariupolun 87 müdafiəçisi var ki, onlardan 71-i “Azovstal”dandır.

“Biz həmçinin Baxmut və Soledar bölgələrində əsir götürülənləri - Donetsk istiqamətindən ümumilikdə 35 nəfəri geri qaytardıq”, - o əlavə edib.

Qeyd edək ki, martın 7-də Rusiya Müdafiə Nazirliyi də əsirlərin mübadiləsini elan edib. Məlumata görə, Rusiya tərəfi 90 hərbçisini geri qaytarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru