Polis əməkdaşının meyiti tapılıb

9-03-2023, 21:13           
Polis əməkdaşının meyiti tapılıb
Gürcüstanın Sameqrelo-Zemo Svaneti bölgəsinin Zuqdidi şəhərində polis bölmələrindən birinin növbətçi məntəqəsində polis əməkdaşının meyiti aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari” telekanalı məlumat yayıb.

Bildirilib ki, fakt üzrə “İntihar həddinə çatdırma” maddəsi ilə istintaq aparılır.

İlkin versiyalardan birinə əsasən, polis əməkdaşı intihar edib.

Əldə olan məlumata görə, onun borcu olub. Ailə və dostlar isə onun psixi problemlərinin olduğunu deyiblər.

Polis əməkdaşının meyiti tibbi ekspertizaya göndərib.

Araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru